Haqqımızda

Sürücülük təlimlərimiz nəzəri bilikləri təhlükəsiz və inamlı praktiki vərdişlərə çevirmək üçün qurulub.

A, B, C, D kateqoriyaları, avtomat və mexanika, parklanma, şəhər sürüşü və imtahan hazırlığı üzrə mərhələli yanaşma təqdim edirik.

Müraciət Et
A-D
Kateqoriya
AT/MT
Ötürücü
10
Praktika planı
7/24
Online testlər

Təlim necə qurulur?

Proqram ilkin səviyyə, məqsəd və möhkəmləndirilməli bacarıqlar nəzərə alınaraq seçilir.

Səviyyəni müəyyənləşdiririk

İlk görüşdə təcrübə, təlim məqsədi və çətinlik yaradan yol vəziyyətləri dəqiqləşdirilir.

Plan hazırlayırıq

İdarəetmə elementləri, hərəkətə başlama, zolaq dəyişmə, yolayrıcı, parklanma və şəhər marşrutu ardıcıllıqla işlənir.

Bacarıqları möhkəmləndiririk

Təlimçi səhvləri izah edir və tapşırıqlar təhlükəsiz, inamlı icra olunanadək məşq etdirir.

Dərslər kimlər üçündür?

Sıfırdan başlamaq, imtahana hazırlaşmaq və ya uzun fasilədən sonra yenidən sükan arxasına qayıtmaq mümkündür. Sürücülük vəsiqəsi olan, şəhər hərəkətində, parklanmada və mürəkkəb yolayrıclarında inamını bərpa etmək istəyənlər üçün ayrıca plan qurulur.

Praktikada düzgün oturuş, güzgü və pedallarla iş, təhlükəsiz məsafə, zolaq seçimi, dönmə, geriyə hərəkət və müxtəlif parklanma üsulları məşq edilir. Nəzəri hazırlıq üçün qaydalar, yol nişanları və onlayn testlər də mövcuddur.

Niyə Bizi Seçməlisiniz?

Mərhələli Təlim

Bacarıqlar ilkin səviyyəyə uyğun addım-addım məşq edilir

Müasir Avtomobillər

Avtomat və mexanika üzrə praktiki məşq seçimi

İmtahana Sistemli Hazırlıq

Nəzəri mövzular, praktiki sürüş və imtahan mərhələləri ardıcıl şəkildə işlənir

Çevik Qrafik

Uyğun dərs vaxtı müraciətdən sonra birlikdə planlaşdırılır

Sənəd Bələdçisi

Qeydiyyat və imtahan üçün sənəd mərhələləri aydın izah olunur

Aydın Tədris Planı

Kateqoriyaya uyğun proqram, qrafik seçimi və sənəd mərhələləri əvvəlcədən izah olunur

Test Müraciət Et